Türkiyənin keçmiş baş naziri, parlamentin sabiq sədri Yıldırım Akbulut vəfat edib.

Unikal.org xəbər verir ki, 86 yaşlı eks baş nazir Ankara Universitetinin xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Y.Akbulut 1935-ci ildə Ərzincan şəhərində anadan olub. İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. 1984-1987-ci illərdə Turqut Özal hökumətində daxili işlər naziri vəzifəsində işləyib. 1987-1989-cu illərdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri olub.

1989-91-ci illərdə Türkiyənin baş naziri vəzifəsində çalışıb. O, həmçinin 1999-2000-ci illərdə yenidən TBMM-in sədri olub.