Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində rayon ərazisində qeydə alınıb.

Ağır bıçaq xəsarətləri ilə rayon sakinləri - 1985-ci il təvəllüdlü Validə Məzahir qızı Kərimova və Qarabörk kənd sakini, 1988-ci il təvəllüdlü Qasim Fazil oğlu Məmmədov Ucar Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Həkimlərin səyinə baxmayaraq, V.Kərimova xəstəxanada ölüb.

Hadisənin hansı şəraitdə baş verməsi hələ ki, dəqiq məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(report.az)