Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstana işgüzar səfər edəcək.

Unikal.org  xəbər verir ki, bu barədə Sarkisyan “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, sabah başlayacaq səfər zamanı həmkarı Salome Zurabişvili ilə görüşəcək.

Sarkisyanın mətbuat xidmətinin yaydığı məlumatda isə onun həmkarı Salome Zurabişvilinin dəvəti ilə həyat yoldaşı Nune Sarkisyanla birlikdə Gürcüstan paytaxtına səfər edəcəyi vurğulanıb. Tərəflər ikitərəfli gündəliyi, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.