Azərbaycan Cüdo Federasiyası yeni təyinat olub. 

Unikal.org-un əldə etdiyi məluamta görə, cüdo üzrə tanınmış mütəxəssis, milli komandanın sabiq baş məşqçisi Ağayar Axundzadəyə vəzifə verilib. O, Azərbaycan Cüdo Federasiyasının Daimi Fəaliyyət Komissiyasının sədri təyin edilib. 

Qeyd edək ki, bu vəzifəni SSRİ idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi Sahib İsmayılov icra edirdi. S.İsmayılov ötən ilin dekabr ayında koronavirusdan dünyasını dəyişmişdi. 

Xatırladaq ki, Ağayar Axundzadə cüdo üzrə milli komandanın baş məşqçisi kimi çalışada Elnur Məmmədli Pekin Yay olimpiya Oyunlarında qızıl medal qazanıb.

Aygün İlqarqızı