İşdən çıxarılan daha bir AMEA əməkdaşı Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyevi məhkəməyə verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı Usubova Vəfa Tofiq qızı Bakı Şəhəri Apellyasiya məhkəməsinə müraciət edib. O, işə bərpa olunmasını tələb edir. 

İşə hakim Fuad Talışınskinin sədrliyi ilə baxılacaq.

Murad İbrahimli