Şirvan şəhər sakinində silah-sursat aşkarlanıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri dəmir yolu stansiyasının ərazisində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cəfərovdan “Makarov” tipli tapança, 1 ədəd patron sandığı və 6 ədəd patron aşkar edilərək götürülüb.