Xəbər verdiyimiz kimi aprelin 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər.

Unikal.org xəbər verir ki, səfər çərçivəsində əvvəlcə Cəbrayıl rayonunun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirilib.

Sonra Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə 2000 ədəd körpə farel balığı çaya buraxılıb.

Həmçinin, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” ("Yaşıl Marafon") çərçivəsində jurnalistlərin iştirakı ilə Qubadlı rayonunun Mahruzlu kəndində yaşıllıqların məhv edildiyi ərazidə ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı ərazidə 750-yə yaxın ağac əkilib.

Foto: Müzəffər İsmayılov

Müxbir: Famil Fərhadoğlu