Göygöl şəhəri ərazisində şəhər sakini İ.İsmayılovun idarə etdiyi “VAZ-2106” və Beyləqan rayon sakini M.Pəsiyevin idarə etdiyi “KHAZAR” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Unikal.org-a verilən məlumata görə, nəticədə “VAZ” markalı avtomobilin sürücüsü və iki sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən bir yaşlı Bahar xəstəxanada ölüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.