Azərbaycan münaqişənin həllinə birbaşa və ədalətli yanaşmasına görə İtaliyaya minnətdardır.

Unikal.org-un məlumatına görə, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır. Azərbaycan münaqişənin həllinə birbaşa və ədalətli yanaşmasına görə İtaliyaya minnətdardır. Biz bilirik ki, Ermənistanı dəstəkləyən, işğalçı ilə işğal qurbanlarını eyni səviyyəyə qoyan qüvvələrin olduğu Avropa İttifaqı ailəsində bu yanaşmanı ifadə etmək asan deyildi. Ona görə də bu, çox vacib əməkdaşlıq göstəricisidir".