Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti vətəndaş qəbulunu keçirib. Qəbulda vətəndaşları narahat edən məsələlər dinlənilib, dilə gətirilən problemlərin həlli üçün müvafiq tədbirlər görülüb.

Gəncə ŞİH-dən Unikal.org-a verilən məlumata görə, görüşdə səsləndirilən məsələlər arasında fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməkliyin göstərilməsi, işlə təminat, müalicə üçün göndərişin verilməsi kimi məsələlər üstünlük təşkil edib.

Sakinlərin müraciətlərini tək-tək dinləyən şəhər rəhbəri, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Digər müraciətlər isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüblər.