Ermənistanda son sutka ərzində daha 726 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 204 053 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 22 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3775-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 955 nəfərdir. Aktiv xəstələrin sayı 15 663 nəfər təşkil edir.