“Baku Steel Company” MMC-nin əritmə sexində qəza baş verib.

MMC-dən Unikal.org-a bildirilib ki, aprel ayının 12-dən 13-nə keçən gecə baş verən hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisənin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb:

“İstehsalatın təhlükəsizliyinin təmin olunması müəssisə rəhbərliyi üçün ən önəmli və prioritet məqsəddır. Bu baxımdan təhlükəsizlik tələblərinə tam əməl olunmaqla, zavod fəaliyyətini normal qaydada davam etdirir”.