ABŞ-da atışma olub.

Unikal.org xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, hadisə Tennesi ştatında baş verib. Atışma zamanı bir neçə nəfər xəsarət alıb.

Yerli polis özünün tvitterdəki səhifəsində atışmanın Noksvill şəhərindəki məktəbdə - “Austin-East Magnet”də qeydə alındığını bildirib. Qeyd edilir ki, xəsarət alanlar arasında polis əməkdaşı da var. Yerli sakinlərə atışmanın baş verdiyi ərazidən uzaq olmaq tövsiyə edilib.

İnsidentin təfərrüatı açıqlanmır. Hadisə ilə bağlı araşdırma aparılır.