Rusiyanın Sankt-Peterburq şəhərində "Nevskaya manufaktura" fabrikində güclü yanğın başlayıb.

Unikal.org-un məlumatına görə, yanğının qarşısı alınarkən bir yanğınsöndürən həlak olub, daha iki nəfər xəsarət alıb.

Digər yanğınsöndürənlər yanan binadan çıxarılıb.

Yanğın 4 min kvadratmetr sahəni əhatə edir. Fabrikin dam örtüyü çöküb.

Yanğının söndürülməsi üçün helikopterlər cəlb olunub.