Çexiyanın xarici işlər naziri Tomas Petrşiçek istefaya getdiyini elan edib.

Unikal.org  xəbər verir ki, bu barədə nazir mediaya açıqlamasında deyib.

Onu bu vəzifədə 2014-2017-ci illərdə quruma rəhbərlik etmiş Lubomir Zaoralekin əvəzləyəcəyi ehtimal edilir.

Qeyd edək ki, Petrşiçek 2018-ci ilin payızından nazir postunu tutub.