Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində “Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri” mövzusu ilə bağlı müzakirələr başlayıb.

Unikal.org xəbər verir ki, müzakirələrdə ölkənin Xarici Kəşfiyyat Xidmətinin nümayəndələri və deputatlar iştirak edirlər.

Mətbuata qapalı iclasda Ukraynadakı hadisələrin inkişafı da nəzərdən keçiriləcək.