Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Məmməd Cəfərov vəfat edib.

Unikal.org xəbər verir ki, 62 yaşlı M.Cəfərov COVİD-19-dan dünyasını dəyişib.

Xatırladaq ki, Məmməd Hüseyn oğlu Cəfərov 1959-cu ildə Şərur rayonunda anadan olub. O, 2005-ci ildən MTRŞ-nin üzvü idi.

Qeyd edək ki, M.Cəfərov Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənovun dayısı oğludur.