Ermənstanın paytaxtı İrəvanda 40 yaşlı qadın meyiti tapılıb.

Unikal.org  erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Kanaker-Zeytun rayonu ərazisində baş verib.

Məlumata görə, David Anaxt küçəsində evlərindən birinin eyvanında tapılan qadının atası Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin general-leytenantıdır. Lakin nə qadının, nə də atasının adı açıqlanmır.

Bundan başqa, meyitin yanında tapança da aşkarlanıb. Məlumata görə, həmin tapança atasının qızına hədiyyəsi olub.

Faktla bağlı araşdırma aparılır.