“Urbisit hərfi mənada "şəhərə qarşı zorakılıq" kimi tərcümə olunan bir termindir. Ermənistanın 30 illik vandalizmi nəticəsində tamamilə dağılmış və talan edilmiş azad edilmiş Ağdam şəhəri URBİCİD-in açıq bir nümunəsidir”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tvitter” səhifəsində yazıb.

H. Hacıyev Ağdamın “Qafqazın Xirosiması” adlandırıldığını yazıb.