"Son zamanlarda özümüzə inam artdığı üçün yaxşı nəticələr əldə etdik. "Real Madrid"lə oyun da bizim üçün çox vacibdir".

Unikal.org xəbər verir ki, bu fikirləri "Barselona"nın baş məşqçisi Ronald Kuman La Liqanın XXX turunda "Real Madrid"ə qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.

58 yaşlı mütəxəssis hər iki komandanın çempionluq uğrunda mübarizə apardığını bildirib: "Ümid edirəm ki, Lionel Messi yenidən həlledici rol oynayacaq. Bizə ən yaxşı Messi və ən yaxşı "Barselona" lazımdır. Hər şeyi mükəmməl şəkildə etməliyik".

Qeyd edək ki, El Klasiko bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.