Şimali İrlandiyada üsyançı qrupların etiraz aksiyaları davam edir.
 
Unikal.org xəbər verir ki, Belfast və Derri şəhərlərində, həmçinin Antrimdə bölgənin Birləşmiş Krallığın tərkibində qalmasını istəyən üsyançı qruplarla polis arasında yeni toqquşmalar baş verib.

Belfastda birlik tərəfdarları və respublikaçı icmaların yaşadığı məhəllədə üsyançılar tərəfindən avtobus yandırılıb.

Ötən gecə şiddətli toqquşmalar zamanı 19 polis əməkdaşı yaralanıb. Artıq bir neçə gündür davam edən toqquşmalarda ümumilikdə 74 polis əməkdaşı xəsarət alıb.