Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayonun Tülü kəndində yerləşən fərdi yaşayış evində toy mərasiminin keçirildiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana baxış keçirən zaman insanların kütləvi şəkildə toplaşdığını, sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulduğunu aşkar ediblər.

Toy mərasimini təşkil edən ev sahibləri və qonaqlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və hər biri 200 manat məbləğində cərimələnib.