Kiyevin gözləntilərinə rəğmən, NATO-ya hipotetik üzvlük nəinki Ukraynaya sülh gətirəcək, əksinə cənub-şərqdə vəziyyətin genişmiqyaslı gərginləşməsinə səbəb olacaq.

Unikal.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkənin NATO-ya üzvlüyünün Donbasdakı qarşıdurmaya son qoyacağına dair açıqlamasına münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, bu, Ukrayna dövlətçiliyi üçün geri dönməz nəticələrə səbəb ola bilər.