Ermənistan prezidenti Armen Sarkisyan erkən seçkiləri ölkəni siyasi, iqtisadi, sosial və ən əsası mənəvi, psixoloji böhrandan çıxarmaqda vasitə kimi görmür.

Unikal.org xəbər verir ki, bu barədə Sarkisyan “Sputnik Ermənistan”a müsahibəsində deyib.

Onun sözlərinə görə, istənilən siyasi prosesin öz məntiqi var. Bu vəziyyətdə ilkin olaraq sistemli islahatların aparılması qaydası məntiqlidir, bunun üçün əhəmiyyətli, keyfiyyətli resurslar lazımdır. Yalnız bu islahatlar, o cümlədən Konstitusiya dəyişikliyi nəticəsində məzmunlu xarakter daşıyacaq seçkilərin keçirilməsi mümkündür.

"Əks təqdirdə, seçkilərin seçki xatirinə keçirildiyi bir vəziyyət alırıq. Mən seçkini ölkənin siyasi, iqtisadi, sosial və ən əsası mənəvi və psixoloji böhrandan çıxarmaq üçün vasitə kimi görmürəm. Bütün fəaliyyətimiz ilk növbədə böhranlı vəziyyətin həllinə yönəlməlidir”.