Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriyanın IMC Krems Universiteti arasında 10 ildən çox davam edən ikili diplom proqramı 200 –dən çox savadlı kadrların yetişdirilməsində böyük rol oynayıb.

Unikal.org xəbər verir ki, əməkdaşlığın daha səmərəli təşkili və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı başlıca məqsəd kimi dəstəkləyən Azərbaycan Turizm və Menecment Universiteti və Avstriyanın IMC Krems Universitetinin rektorları İlham Mədətov və Karl Ennsfellner, Azərbaycan-Avstriya Turizm Proqramının (AATP) koordinatorları Elmira Hacıyeva və Yens Peter Ennen, rektor müşaviri Elvin Yusifli və  Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa online görüşün tərəf müqabili olublar. Online görüşdə hər iki ali təhsil müəssisəsinin rektorları ixtisaslı kadrların hazırlanması istiqaməti üzrə Azərbaycan-Avstria Turizm Proqramının (AATP) daha səmərəli təşkili, təhsilin keyfiyyəti, rəqabətliliyin artırılması sahəsində birgə fəaliyyəti günün tələbi kimi dəyərləndiriblər.

Fikir mübadiləsi şəraitində keçən online görüşdə hər iki ali təhsil müəssisəsinin nümayəndələri adıkeçən proqramın müasir  tələblərə uyğun, rəqabətə davamlı tərəflərinə münasibət bildiriblər.