Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 667 mindən çox artıb.

Unikal.org  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) gündəlik hesabatında bildirilib.

Məlumata əsasən, ötən sutka 667 026 nəfər koronavirusa yoluxub, 13 043 nəfər dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 132 730 691, ölənlər isə 2 880 726 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.