Türkiyədə son sutka ərzində 258 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 55 min 941 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 689 min 866, pandemiya qurbanlarının sayı isə 33 min 201 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 232 min 892 pasiyent (son sutkada 37 914 nəfər) sağalaraq evə buraxılıb.