Ermənistan müdafiə nazirliyinin tabeliyində olan hərbi hissələrdən birində baş verən hadisə əsgər valideynləri arasında böyük narazılığa səbəb olub. Hərbi hissədə mövcud olan acınacaqlı vəziyyət səbəbindən xidmət etmək istəməyən daha bir erməni əsgər özünü güllələyib.

Unikal.org xəbər verir ki, bu barədə erməni sosial şəbəkələrində məlumat yayılıb. Yayılan xəbərlərdə deyilir ki, Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmət edən, tank taborunun əsgəri Aram Qriqoryan tabeliyində olan silahdan atəş açaraq özünü başından vurub.

Həmişə olduğu kimi Ermənistan müdafiə nazirliyi hadisə ilə bağlı heç bir rəsmi açıqlama verməyib.