Bakıda müəllim qəfil dünyasını dəyişib.

Unikal.org-un məlumatına görə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının baş müəllimi Soltan Səbzəliyev ürəktutmasından vəfat edib.

Onun 62 yaşında dünyasını dəyişdiyi bildirilib.