Türkiyəli aktrisa Ayşegül Çınarın keçmiş sevgilisi Furkan Çalıkoğlu ilə aralarında yaşanan gərginlik davam edir.

Unikal.org  ki, bir müddət əvvəl aktrisanın avtomobilinə narkotik maddə qoyaraq onu tələyə salan Furkan, həmin hadisədən əvvəl Ayşegülü bıçaqla yaralayıb.

Belə ki, aktrisanın avtomobilində narkotik aşkarlanmazdan bir neçə gün əvvəl Furkan onun evinə qonaq gedib. Daha sonra ikili arasında mübahisə yaranıb. Furkan mətbəxdən bıçaq götürərək Ayşegülə hücum edib və onu yaralayıb. Bundan sonra aktrisa qorxaraq evdən qaçıb. Polis isə Çalıkoğlunun izinə düşsə də, onu tapa bilməyib.