Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri başlayıb.

Unikal.org xəbər verir ki, bunu hökumət başçısının mətbuat katibi Mane Gevorkyan bildirib.

N.Paşinyan səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Görüşdə iki ölkə arasındakı əlaqələr, o cümlədən Qarabağ ətrafındakı vəziyyət müzakirə olunacaq.