"Nəcməddin Sadıkov baş leytenant olan vaxtdan Qarabağdakı döyüşlərdə iştirak edib".

Unikal.org xəbər verir ki, bunu "Müsavat TV"nin efirində deputat Siyavuş Novruzov deyib. O bildirib:

"Onun haqqında məhkəmə hökmü olmasa, heç birimiz bu haqda söz deyə bilmərik ki, o rüşvətxordur, korrupsionerdir, agentdir, xaindir və s. Axı mən hardan bilim? Mən deyə bilmərəm. 3 adam çağırın, gəlsinlər cavab versinlər ki, harada görmüsən onun xainliyini? Cavab verə bilməyəcək".