Rusiyada son sutka ərzində koronavirusa 8294 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 606 162 nəfərə çatıb.

Rusiyada son bir gündə 374 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 101 480 nəfərdir. İndiyədək 4 229 480 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.