Türkiyədə terror təşkilatının üzvü olan 377 şəxsin əmlakına həbs qoyulub.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin bu barədə qərarı "Resmi Gazete"də dərc olunub.

Qərara əsasən, PKK, FETO, İŞİD, DHKP/C və digər terror qruplaşmaları ilə əlaqəli olan 377 şəxsin mülkiyyətinə həbs qoyulub.