Meksikanın Sonora ştatında iki avtobusun toqquşması nəticəsində 13 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin regional idarəsinin rəhbəri Enrike Klausen “Twitter” səhifəsində bildirib.

Hadisə Kaborka - Sonoyota şəhərləri arasındakı magistral yolda baş verib.

Qəza yerinə xilasedicilər və təcili yardım briqadası cəlb edilib. Yaralılar xəstəxanalara aparılıb.

Qəzanın başvermə səbəbi açıqlanmayıb.