İsmayıllı Olimpiya İdman Kompleksi “Azəriqaz” İstehsalat Birliyinə yenidən borclanıb. 

Unikal.org-un əldə etdiyi məlumata görə, 2 aya yaxındır ki, kompleks ödəniş etmir. 

Məsələ ilə bağlı Ağsu Regional Qaz İstismar İdarəsinin İsmayıllı xidmət sahəsi  Unikal.org-a açıqlamasında borcun olduğunu təsdiqləyib. 
Bildirilib ki, İsmayıllı Olimpiya İdman Kompleksi ötən aydan borcunu ödəməyib. 

Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyi  ötən ilin əvvəllərində İsmayıllı Olimpiya İdman Kompleksininin külli miqdarda olan borcuna görə məhkəməyə baş vurmuşdu. 

Aygün İlqarqızı