Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev koronavirusa qarşı vaksin vurdurub.

Unikal.org Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, Tokayevin vaksinasiyasında Rusiya istehsalı olan "Sputnik V" vaksinindən istifadə olunub.

Qazaxıstan prezidentinin mətbuat katibi Berik Ualinin sözlərinə görə, vaksin vurulduqdan sonra Tokayevin səhhətində hər hansı dəyişiklik baş verməyib və prezident özünü normal hiss edir.