Kremlin sözçüsü Dmitri Peskov rusiyalı müxalif siyasətçi Aleksey Navalnının səhhəti barədə danışıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, sözçü həbsdə olan siyasətçinin səhhəti ətrafında yaranan narahatlıqları dəyərləndirib.

"Əgər Navalnı xəstələnsə, müalicə olunacaq. Ammma onun üçün ayrıca və xüsusi münasibət və şərtlərin yaradılmasından söhbət gedə bilməz", - deyə Peskov bəyan edib.

Qeyd edək ki, Aleksey Navalnının səhhətində problemlər yarandığı barədə məlumatlar yayılmışdı.