Ermənistanın Xüsusi İstintaq Komitəsi sabiq baş qərargah rəisi Onik Qasparyandan cinayət barədə məlumat alıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə komitənin mətbuat xidmətinin rəhbəri Marina Ohancanyan deyib.

"Məlumat daxil olub və materiallar hazırlanır", - deyə Ohancanyan bildirib.

Qeyd edilib ki, məlumat əvvəlcə Ermənistan Baş Prokurorluğuna daxil olub və daha sonra İstinaq Komitəsinə yönləndirilib.

Xatırladaq ki, O.Qasparyan bir müddət öncə baş nazir Nikol Paşinyanın cinayət törətməsi barədə iddia ilə çıxış etmişdi və istintaq orqanlarına məlumat göndərmişdi.