İranda ötən sutka ərzində 17 430 nəfər koronavirusa (COVID-19) yoluxub.

Unikal.org-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 963 394 nəfərə çatıb. Virus daşıyıcılarından 4 138 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 174 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 63 506 nəfərə yüksəlib.

İranda indiyədək 1 667 079 nəfər koronavirusdan sağalıb, 13,2 milyondan çox diaqnoz testi həyata keçirilib.