Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Məclisinin sədri Volkan Bozkırla görüşüb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN "Twitter" səhifəsində məlumat verilib.

Bildirilib ki, V.Bozkır bu vəzifədə ilk rəsmi səfərini Türkiyəyə edib. Görüşdə müxtəlif məsələlər müzakirə mövzusu olub.