Böyük Britaniya Ukraynaya dəstəyini ifadə edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniya baş naziri Boris Conson bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı mövqeyini bildirib.

Conson Britaniyanın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini söyləyib.

"Zelenski ilə telefon danışığı zamanı Ukraynaya sarsılmaz dəstəyimizi təkrarladım", - deyə Conson "Twitter"də yazıb.