Rusiya prezidenti Vladimir Putin Ermənistanın sabiq dövlət başçısı Robert Koçaryanla görüşüb.

Unikal.org "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, görüş onlayn keçirilib və təxminən 1 saat davam edib.

Görüşdə Ermənistanda və regionda baş verənlər və siyasi gündəm müzakirə mövzusu olub.

Bildirilir ki, görüş Koçaryanın Moskvada olduğu ötən həftə gerçəkləşdirilib.