ABŞ-ın San-Fransisko körfəzi bölgəsində ilk dəfə olaraq koronavirusun ikiqat mutasiyaya uğrayan Hindistan variantı - "ikiqat mutant" adlandırılan növ - aşkar edilib.

Unikal.org xəbər verir ki,  yerli "NBC Bay Area" telekanalının məlumatına görə, söhbət, çox güman ki, koronavirusun bu növünün ABŞ-da ilk qeydə alınmasından gedir.
 
Nəşr yazır ki, koronavirusun Hindistan variantına yoluxma halı Stenford Klinik Virusologiya Laboratoriyasının mütəxəssisləri tərəfindən təsdiqlənib. Laboratoriyanın rəhbəri Benjamin Pinski bildirib ki, daha yeddi nəfərin virusun bu variantına yoluxmasından şübhələndikləri üçün yoxlamalar aparılır və nəticələr bu həftə məlum olacaq.