Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin rəisi polis polkovnik-leytenantı Habil Həsənovun vaksinasiya olunmasından sonra COVİD-19 infeksiyasına yoluxması ilə bağlı məlumatlar yayılıb.

DİN Mətbuat Xidmətindən  Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, H.Həsənovun yoluxması birinci doza üzrə vaksinasiyadan növbəti doza üzrə vaksinasiya aralığında aşkarlanıb.  Daxili işlər orqanlarının əməkdaşlarının ikinci döza üzrə vaksinasiya prosesi davam edir. 

Tam vaksinasiya olunmayan şəxslərin COVİD-19 infeksiyasına yoluxma riski var. Ona görə də hər bir şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydlarına ciddi əməl etməlidir.

Famil Fərhadoğlu