II Qarabağ Döyüşlərində Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinə qarşı etdiyi raket hücumu nəticəsində yararsız hala düşən Bərdə Olimpiya İdman Kompleksində təmir-bərpa işləri başlayıb. 

Bu barədə Unikal.org-a kompleksin direktoru Qabil Məmmədov məlumat verib.

"Artıq 2 həftədir təmir işləri gedir. Kompleksin üzgüçülük hissəsi tamamilə sıradan çıxmışdı. Bərpa işlərinin 10 faizi başa çatıb. Təmir işlərinin bitəcəyi tarix bəlli deyil". 
Aygün İlqarqızı