İspaniyanın “Barselona” klubu futbolçusu Lionel Messiyə ömürlük müqavilə təklif etmək niyyətindədir.

Unikal.org xəbər verir ki, bu sözləşmə ilə argentinalı hücumçu karyerasını bitirdikdən sonra da Kataloniya klubundan maaş alacaq. Bu barədə AS nəşri məlumat yayıb. Messi müqaviləyə razı olsa, “Barselona”da vida matçı keçirməlidir. 33 yaşlı hücumçu klubdan ayrıldıqdan sonra karyerasını başqa ölkədə davam etdirmək istəsə, müqavilə şərtləri qüvvədən düşəcək.

2005-ci ildən “Barselona”da çıxış edən Messinin indiki müqaviləsi mövsümün sonuna qədərdir.