İngiltərədə liqa kubokunun final, federasiya kubokunun yarımfinal və final oyunlarında stadiona azarkeşlər buraxılacaq.

Unikal.org xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Aprelin 15-də “Mançester Siti” ilə “Tottenhem” komandaları arasında keçiriləcək liqa kubokunun final matçına 8 min azarkeş buraxılacaq.

Federasiya kubokunun yarımfinalında 4 min, final matçında isə 21 min azarkeş iştirak edə biləcək.