Bu gün səhər saatlarında özünü Kür çayına atan şəxsin meyiti FHN əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Unikal.org-un məlumatına görə, rayonun Əsədli kənd sakini, 1950-ci ildə anadan olmuş Abbasov İsfəndiyar Əli oğlu 1 il əvvəl itkin düşən oğlu Ziya Abbasova görə öz avtomobili ilə Kür çayının körpüsünə gələrək boğazına dəmir parçası bağlayıb və özünü çaya atıb.

Avtomobilində onun intiharı barədə məktub tapılıb. Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

*** 13:16

Sabirabad rayon sakini Kür çayında batıb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.