İsmayıllı rayonunda yol qəzası olub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 4-də saat 19 radələrində rayonun Qoydan kəndi ərazisində kənd sakini İ.Mirzəyev idarə etdiyi “UAZ” markalı avtomobili aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.